Azərbaycan Respublikasının baş prokuroru və daxili işlər naziri Rafiq Tağıyevin ölümü ilə bağlı istintaq-əməliyyat qrupunun hesabatını dinləmişlər

Xəbər verildiyi kimi, 2011-ci il noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdan 8 saylı təcili tibbi yardım stansiyasının həkimi, yazıçı-publisist Tağıyev Rafiq Nəzir oğluna yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilmişdir.  
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılaraq polis və prokurorluğun peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyi həyata keçirilən tədbirlərin gedişini ciddi nəzarətdə saxlayır.
Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, Rafiq Tağıyevə yetirilmiş həyatı üçün təhlükəli olan bədən xəsarətlərinin xarakteri və onların ağırlıq dərəcəsi ilə bağlı məhkəmə-tibbi ekspertizasının rəyi nəzərə alınaraq törədilmiş əməl Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif olunmuş və cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatına verilmişdir.
2011-ci il noyabrın 23-də Rafiq Tağıyev xəstəxanada öldüyündən işin istintaqı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunaraq davam etdirilir.
Noyabrın 26-da baş prokuror və daxili işlər naziri istintaq-əməliyyat qrupunun hesabatını dinləmiş, cinayətin bütün iştirakçılarının qısa müddətdə tutulub məsuliyyətə cəlb olunması üçün zəruri olan əlavə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri müəyyən etmiş, konkret tapşırıq və tövsiyələr vermişlər.
İctimai rezonans doğuran bu hadisə ilə əlaqədar cinayət təqibi üzrə görülən işlər Azərbaycan Respublikası Prezidentinin xüsusi nəzarətindədir.
İstintaq araşdırmalarının nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında