Sabirabadın Qaragüney kəndində bəndbərkitmə işləri aparılır

Sabirabad rayonunun Qaragüney kəndində Kür çayının səviyyəsi qalxdığından eni 25 metr olan əsas bəndin bəzi hissəsində sızmalar olmuşdur. Buna baxmayaraq, kəndin ərazisində bəndbərkitmə işləri sürətlə aparılır.
Hadisə yerinə Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və digər aidiyyəti qurumların texnikası və canlı qüvvəsi cəlb olunmuşdur.
Operativ qərargahdan verilən məlumata görə, digər Kürboyu ərazilərdə vəziyyət sabit olaraq qalır və burada da bəndbərkitmə işləri sürətlə aparılır. Horadiz və Bəhramtəpə istiqamətində Araz çayında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Amma bu azalma Sabirabad və ətraf ərazilərdə, təqribən 5-6 gündən sonra hiss olunacaqdır.
Kür çayının Salyan və Neftçaladan keçən hissələrində suyun səviyyəsində 8 santimetr azalma qeydə alınmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında