Lerikdə qar örtüyünün hündürlüyü 60 sm-ə çatmışdır

Noyabrın 24-ü gündüzdən 25-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin soyuq, şaxtalı olmuş, qar yağmış, arabir intensivləşmiş, Lənkəran-Astara bölgəsində güclü olmuşdur.
Düşən yağıntının miqdarı Lerikdə 109 mm (aylıq normanın 198%-i), Lənkəranda 22 mm (aylıq normanın 42 %-i), Astarada 60 mm, Kişçayda (Şəki) 46 mm, Sarıbaşda (Şəki) 29 mm, Şamaxıda 24 mm, Qəbələdə 22 mm, Oğuzda 22 mm, Şəkidə, İsmayıllıda 19 mm, Bakıda 19 mm (aylıq normanın 65 %-i), Sumqayıtda 5 mm olmuşdur.
Qar örtüyünün hündürlüyü Lerikdə 60 sm, Sarıbaşda 54 sm, Kişçayda 45 sm, Yardımlıda 42 sm, Lənkəranda 41 sm, Altıağacda 36 sm, Oğuzda 35 sm, Qəbələdə 30 sm, İsmayıllıda 29 sm, Astarada 26 sm, Mərəzədə, Göygöldə 23 sm, Şəkidə 20 sm, Zaqatalada 18 sm, Qubada 13 sm, Mingəçevirdə 10 sm olmuşdur.
Şəkidə, Şamaxıda və Lerikdə duman müşahidə olunmuşdur.
Şimal-qərb küləyi saniyədə Neftçalada 30, Biləsuvar və Gəncədə 20, Naftalanda 18, İsmayıllıda 18, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 20-25, arabir 28-30 metrədək güclənmiş, Neft Daşları Stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 6,4 metrə çatmışdır.
Noyabrın 24-də Bakıda havanın temperaturu iqlim normasından 4 dərəcə aşağı olmuş, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə şaxta, Aran rayonlarında 0-4 dərəcə isti, dağlıq rayonlarda 1-5, Altıağacda 10 dərəcə şaxta, Naxçıvan MR-da 5-7 dərəcə isti təşkil etmiş, havanın minimal temperaturu dağlıq rayonlarda 3-10, Altıağacda 18 dərəcə şaxta olmuşdur.

{nl}

Qəzənfər QASIMOV,"Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında