"Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri" mövzusunda beynəlxalq konfrans yekunlaşmışdır

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və AMEA Radiasiya Problemləri İnstitutunun (RPİ) birgə təşkilatçılığı ilə "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri" mövzusunda dördüncü beynəlxalq konfrans noyabrın 25-də başa çatmışdır. 
Üç gün davam etmiş konfrans altı bölmədə keçirilmişdir. "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi", "Nüvə fizikası", "Nüvə və radiasiya təhlükəsizliyi", "Radioekologiya", "Nüvə və radioizotoplu texnologiya və metodların tətbiqi", "Nüvə biliklərinin toplanması və istifadəsi" bölmələrində Azərbaycan alimləri ilə yanaşı, dünyanın bir sıra ölkələrindən alim və mütəxəssislər çıxış etmişlər.
İclaslarda "Radioaktiv çirklənmə ərazilərində xaricdən və daxildən şüalanmalardan mühafizə tədbirləri", "Energetikanın inkişafının texniki-iqtisadi və ekoloji problemləri", "Polimer kompozitlərin dialektik xassələrinə qamma-şüalanmanın təsiri", "Fe əsaslı amorf metallik ərintinin maqnit xarakteristikalarına təzyiqin təsiri", "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi və nüvə təhlükəsizliyi", "Neft-bitumlu süxurlardan təbii şəraitdə süzülmüş neftin radiasiya-kimyəvi çevrilmələri" və digər mövzularda ümumilikdə 85 məruzə dinlənilərək müzakirə edilmişdir.
Konfransın materialları toplu şəklində çap olunmuşdur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında