Çomaxturda yeni kənd mərkəzinin açılışı olmuşdur

Noyabrın 25-də Çomaxtur kəndində yeni kənd mərkəzinin açılışı olmuşdur.
Çomaxtur kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Cəmaləddin Məmmədov istifadəyə verilən kənd mərkəzində idarəetmə strukturlarının və xidmət təşkilatlarının normal fəaliyyəti üçün geniş imkanlar yaradıldığını qeyd etmiş, kənddə əhalinin rahat yaşayışı, təsərrüfatla məşğul olması üçün hərtərəfli şəraitin olduğunu bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlamış, kənddə yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: Çomaxtur kəndində yeni sosial obyektlərin tikilib istifadəyə verilməsi ilk növbədə sakinlərin rahat yaşayışına xidmət edir. Muxtar respublikamızın kəndlərində aparılan geniş quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər ulu öndər Heydər Əliyevin siyasi xəttinin Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin insanlarımıza, regionların sosial-iqtisadi inkişafına göstərdiyi yüksək qayğının ifadəsidir. Ölkə başçısının da fəaliyyətinin əsas istiqaməti, məqsəd və məramı ondan ibarətdir ki, bütün sahələrdə əldə olunan dinamik inkişaf davamlı xarakter daşısın, insan amilinə, onun yüksək şəraitdə yaşamasına hər cür qayğı göstərilsin.
Qeyd olunmuşdur ki, kənddə yaradılan müasir infrastruktur sakinlərin vaxt itkisinin qarşısını alacaq, onlara yüksək səviyyədə xidmət göstərilməsinə imkan verəcəkdir. Bu gün istifadəyə verilən kənd mərkəzində dövlət orqanları və idarəetmə strukturları üçün hər cür şərait yaradılıb. Eyni zamanda, asudə vaxtın səmərəli təşkili istiqamətində də lazımi tədbirlər görülüb. Zəngin kitab fonduna malik olan kitabxana, müasir akt zalı sakinlərin istifadəsinə verilir.
Ali Məclisin sədri kəndlərin inkişafına, yüksək şəraitin yaradılmasına muxtar respublikamızda böyük diqqət göstərildiyini bildirərək demişdir ki, sakinləri narahat edən problemlərin vaxtında həlli həyata keçirilən ardıcıl tədbirlərin əsasını təşkil edir. Təsərrüfat suyu, elektrik enerjisi və təbii qazla fasiləsiz təminat, müasir yol şəbəkələrinin çəkilməsi, mənzillərin telefonlaşdırılması da kəndlərimizdə yaşayış səviyyəsinin yüksəldilməsinə hesablanıbdır. Ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü tədbirlər bu gün Çomaxtur kəndinin də timsalında özünü göstərir. Kənddə problemlər həll olunub, çətinliklər aradan qaldırılıbdır.
Açılışı bilidirən lent kəsildikdən sonra kənd mərkəzinə baxış olmuşdur.
İki mərtəbədən ibarət olan kənd mərkəzində icra nümayəndəliyi, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd mədəniyyət evi və 88 yerlik zal istifadəyə verilmişdir.
Həmin gün kənddə həkim ambulatoriyası və xidmət mərkəzi də istifadəyə verilmişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında