Bakıda keçirilən "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda beynəlxalq seminar başa çatmışdır

Bakıda NATO-nun dəstəyi ilə Dövlət Sərhəd Xidməti tərəfindən "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda keçirilən beynəlxalq seminar başa çatmışdır.  
Seminarda Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın sərhəd qurumlarının, NATO, BMT, Avropa İttifaqı, ATƏT-in, habelə Azərbaycanın Xarici İşlər, Milli Təhlükəsizlik, Daxili İşlər, Müdafiə nazirliklərinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının nümayəndələri iştirak etmişlər.
Tədbirdə səmərəli sərhəd nəzarəti sisteminin yaradılması, narkotik maddələrin yayılmasının qarşısının alınması ilə bağlı təqdimatlar keçirilmiş, transsərhəd cinayətkarlığa qarşı mübarizə və qarşılıqlı maraq doğuran digər məsələlərlə əlaqədar fikir mübadiləsi aparılmışdır.
İki gün davam edən seminarda "Yeni təhlükəsizlik mühitində sərhəd təhlükəsizliyinin əhəmiyyəti və yeri", "Sərhəd təhlükəsizliyi sisteminin təşkili prinsipləri, istifadə olunan qüvvə və vasitələr", "Sərhəd təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq mexanizmlərinin rolu", "Narkotiklərə qarşı mübarizə sahəsində qurumlararası əməkdaşlıq", "Dövlət sərhədindən narkotik vasitələrin daşınmasının qarşısının alınması", "Avratlantik təhlükəsizlik məkanında inteqrə edilmiş sərhəd idarəçiliyi sisteminin tətbiqinin nəzəri və praktiki aspektləri", "Dəyişkən təhlükəsizlik mühitində sərhəd mühafizəsinin gücləndirilməsi: Milli təcrübələr" və digər mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında