Azərbaycanın Dövlət Sərhəd Xidmətinin NATO ilə əlaqələri genişlənir

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) NATO ilə əlaqələri genişlənir. Bu sözləri Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Bakıda "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda keçirilən beynəlxalq seminarda demişdir.  
E.Quliyev bildirmişdir ki, DSX 2001-ci ildən Azərbaycanın NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmuşdur. 2004-cü ildən bu beynəlxalq qurumun planlaşdırma və analiz prosesində, 2005-ci ildən isə Fərdi Tərəfdaşlıq Əməliyyat Proqramında fəal iştirak edir. İkitərəfli əlaqələr çərçivəsində tərəfdaşlıq məqsədlərinin icrası ilə yanaşı, NATO ilə əməkdaşlıq sahəsində yeni forma və metodların tətbiqinə böyük önəm verilir.
2003-2006-cı illərdə NATO tarixində ilk sərhəd qurumu olaraq Brüsseldə keçirdiyimiz təqdimatlar Şimali Atlantika Alyansının rəhbərliyinin diqqətini sərhəd təhlükəsizliyi probleminə cəlb etmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında