Sabirabad rayonunun mərkəzində sutəmizləyici qurğu quraşdırılmışdır

Ekologiya və Təbii Sərvətlət Nazirliyi (ETSN) tərəfindən Sabirabad rayonunda İsrail istehsalı olan modul tipli sutəmizləyici qurğu istifadəyə verilmişdir.
Nazirlikdən verilən məlumata görə, Kür çayının daşması ilə əlaqədar Sabirabad rayonunun əhalisinin içməli su təminatında yaranmış problemlərin aradan qaldırılması və əhalinin alternativ mənbədən təmiz içməli su ilə təmin edilməsi məqsədilə quraşdırılmış qurğunun sutka ərzində təmizləmə gücü 60 tondur.
Mayın 21-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Sabirabad rayonunun mərkəzində quraşdırılmış modul tipli sutəmizləyici qurğuya baxış keçirmişdir.
Sutəmizləyici qurğu fasiləsiz olaraq fəaliyyət göstərir. Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su çənlərə yığılaraq rayon əhalisi tərəfindən istifadə olunur və eyni zamanda, uşaq bağçalarına, məktəblərə, düşərgələrə maşınlarla daşınır.
Yaxın bir-iki gündə içməli suya tələbatın daha çox olduğu müəyyən edilərsə, ETSN tərəfindən əlavə qurğular quraşdırılacaq və təmizlənən suyun həcmi sutkada 500 tona çatdırılacaqdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında