Ermənistan keçmişdə olduğu kimi, yenə vəziyyətdən sui-istifadə edir, Azərbaycanın konstruktiv təkliflərini müsbət cavablandırmaq əvəzinə, başqa yol seçir

Dekabrın əvvəlində Vilnüsdə ATƏT ölkələri xarici işlər nazirlərinin konfransı keçiriləcəkdir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bu toplantıda iştirak edəcəkdir.
Bu sözləri jurnalistlərə müsahibəsində xarici işlər nazirinin müavini Araz Əzimov demişdir. A.Əzimov xarici işlər nazirinin ermənistanlı həmkarı ilə görüşünün hələ ki, planlaşdırılmadığını demişdir. O, qeyd etmişdir ki, nazirlərin görüşünü təşkil etmək texniki baxımdan asan məsələdir və konfrans zamanı işçi qaydada nazirlərin görüşünün baş tutması mümkündür: "Əsas məsələ isə tamam başqadır: görüş niyə keçirilməlidir? Növbəti dəfə Ermənistan xarici işlər nazirinin mövqeyini eşitmək üçünmü? Çətin ki, Azərbaycan tərəfi bunu həvəslə qəbul etsin".
Noyabrın sonunda həmsədrlərin bölgəyə səfərinin planlaşdırıldığını xatırladan nazir müavini, bu səfərdən yeni bir şey gözləmədiyini vurğulamışdır: "Ermənistan keçmişdə olduğu kimi, yenə vəziyyətdən sui-istifadə edir, Azərbaycanın konstruktiv təkliflərini müsbət cavablandırmaq əvəzinə, başqa yol seçir. Onlar işğal altında olan ərazilərdən istifadə edir, ümumiyyətlə, prosesdə irəliləyiş əldə edilməsində maraqlı olmadıqlarını göstərir və vəziyyətdən vaxtı uzatmaq üçün istifadə edir. Hər şey aydındır, Ermənistan ərazilərimizi işğal edib və müxtəlif siyasi spekulyasiyalar vasitəsilə öz ərazi iddiasını ört-basdır etmək istəyir. Azərbaycan isə danışıqları davam etdirməyə hazır olduğunu bildirir. Lakin müzakirələr nəticəsiz qalsa, bu fəaliyyətin bir mənası olmayacaqdır. Hələ ki həmsədrlərin gələn həftə regiona nəzərdə tutulan səfəri ümid vəd etmir. Kazan görüşündən sonra prosesdə bir növ durğunluq yaranmışdır".

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında