Los-Anceles Dairə İdarəetmə Şurası səlahiyyətlərini bitirən Azərbaycan baş konsulunu təltif etmişdir

Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğundan bildirmişlər ki, Los-Anceles Dairə İdarəetmə Şurasının növbəti rəsmi iclasında ölkəmizin bu şəhərdə baş konsulu səlahiyyətlərini başa çatdıran Elin Süleymanova diplomatik fəaliyyətinə görə minnətdarlıq bildirilmiş və fəxrnamə təqdim edilmişdir. 
Şura üzvləri tədbirdə çıxış edərək, Azərbaycanın Los-Anceles şəhərindəki diplomatik nümayəndəliyinin 2006-cı ildə açıldığını, həmin vaxtdan bəri qurumun Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin möhkəmləndirilməsinə töhfələr verdiyini vurğulamışlar. Şuranın sədri Maykl Antonoviç diplomatik nümayəndəliyin Kaliforniya ştatında yaşayan Azərbaycan icmasının fəallaşmasında rolu, yəhudi icması ilə yaradılan yaxın təmaslar və Beverli Hillz şəhəri ilə birgə həyata keçirilən layihələri diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil edilən silsilə konsertlər Kaliforniya ictimaiyyətinə ölkəmizin zəngin tarixi və mədəniyyəti ilə yaxından tanış olmağa imkan yaratmışdır.
Şura üzvləri Elin Süleymanova Azərbaycanın ABŞ-dakı yeni səfiri vəzifəsində uğurlar arzulamışlar.

{nl}

Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında