Vergilər Nazirliyində "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə" mövzusunda konfrans keçirilmişdir

Vergilər Nazirliyində "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə" mövzusunda konfrans keçirilmişdir. Konfransda Vergilər Nazirliyinin struktur vahidlərinin rəhbər vəzifəli şəxsləri, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin, Ombudsman Aparatının, "Şəffaflıq Azərbaycan" təşkilatının, Konstitusiya Arasdırmaları Fondunun, Korrupsiyaya Qarşı Mübarizə Fondunun, audit şirkətlərinin və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.  
Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Günay Cəfərli, Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi Tariyel Quliyev, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Vidadi Məmmədov, Vergi Apelyasiya Şurası katibliyinin rəisi Aysu Məmmədova, İqtisadi Təhlil və Sahibkarlıq Subyektlərinin Dövlət Qeydiyyatı Baş İdarəsinin rəis müavini Zöhrab Ömərov, Vergi Ödəyicilərinə Xidmət İdarəsinin rəis müavini Elçin Məmmədov "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə 2007-2011-ci illər üçün Tədbirlər Planı"nın icrası, vətəndaş müraciətlərinə baxılması, vergi ödəyicilərinin şikayətlərinin məhkəməyə qədər araşdırılması üçün Vergi Apelyasiya Şurasının fəaliyyəti, vergi orqanlarında şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində son illərdə görülən işlərdən danışmışlar.
Bildirilmişdir ki, Vergilər Nazirliyi vergi xidmətinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyicilərinə xidmət sahəsində elektron xidmətlərin genişləndirilməsi üçün islahatlar aparmışdır. Korrupsiyaya qarşı mübarizənin ən səmərəli yolu kimi bütün sahələrdə şəffaflıq mexanizmlərinin tətbiqinin vacibliyi, "e-hökumət" quruculuğu istiqamətində atılan addımların davam etdirilməsi zərurəti vurğulanmışdır. Son illər ərzində vergi xidmətinin texnoloji baxımdan ciddi modernizə olunduğu və bunun vergi orqanlarının fəaliyyətində şəffaflığın artırılmasına əvəzsiz töhfə verdiyi qeyd olunmuşdur. Aparılan islahatlar nəticəsində bu gün vergi subyektlərinin qeydiyyatı, vergi hesabatlarının tərtib edilməsi və ötürülməsi, vergi orqanları ilə əlaqələr əsasən elektron vasitələrlə aparılır ki, bu da fəaliyyətin şəffalığının təmin olunmasına və vergi ödəyicilərinin vergi orqanı əməkdaşları ilə ünsiyyətini minimuma endirməyə imkan verir. Konfransda çıxış edən Konstitusiya Arasdırmaları Fondunun rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, "Ernst & Young" şirkətinin nümayəndəsi Arzu Hacıyeva son illər Vergilər Nazirliyi tərəfindən müzakirə olunan məsələ ilə bağlı ciddi islahatlar aparıldığını və diqqətəlayiq nəticələr əldə olunduğunu vurğulayaraq, şəffaflığın artırılması və korrupsiya ilə mübarizə sahəsində ictimai qurumlarla vergi orqanları arasında əməkdaşlıq məsələləri, bu münasibətlərin daimi dialoq və institusional əməkdaşlıq formatında daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında