"Fənlərin dostluğu" olimpiadası

Azərbaycan Universiteti və "Hədəf" Elm, Təhsil və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş 2-ci "Fənlərin dostluğu" olimpiadası keçiriləcək. Dekabr ayında reallaşacaq layihənin əsas məqsədi fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedadlı şagirdləri müəyyənləşdirərək gələcək fəaliyyətlərində stimul yaratmaqdır. 
Gələcəkdə bütün respublika məktəblilərini və xaricdə yaşayan azərbaycanlı gəncləri də öz ətrafında birləşdirməyi hədəf alan "Fənlərin dostluğu" olimpiadasının builki buraxılışı Bakı, Sumqayıt və Xırdalan şəhərlərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 9-10-cu sinif şagirdləri arasında keçiriləcək. Təqribən 300-ə qədər məktəbin qoşulacağı layihə iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə təqribən 3 min şagird, ikinci mərhələdə isə 100 şagird öz biliyini sınayacaq. İştirakçılara Azərbaycan dilində test şəklində suallar təqdim olunacaq. Təşkilatçılar və sponsorların maliyyə dəstəyi ilə reallaşacaq olimpiadada şagirdlərin iştirakı ödənişsizdir.
Olimpiadanın birinci mərhələsi dekabr ayının 18-i, saat 11:00-da Bakı, Sumqayıt və Xırdalan şəhərlərində keçiriləcək. Bu mərhələdə 2 saat müddətində şagirdlərə cavablandırmaları üçün 50 sual təqdim olunacaq. İlk 100 yerin sahibi II turda iştirak etmək hüququ əldə edəcək.
İkinci mərhələ isə dekabr ayının 25-də, saat 11:00-da Azərbaycan Universitetinin əsas korpusunda reallaşacaq. Bu turda bir saat müddətində şagirdlərə cavablandırmaları üçün 30 sual təqdim olunacaq.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə keçirilən 2-ci "Fənlərin dostluğu" olimpiadasının bağlanış və qaliblərin mükafatlandırılma mərasimi dekabrın 27-də Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunacaq. Olimpiadada ilk 10 yeri tutmuş şagirdlər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Tədbirin bədii hissəsində respublikanın incəsənət xadimlərinin iştirakı nəzərdə tutulur.

{nl}

V.BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında