Bakıda "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri" mövzusunda beynəlxalq konfrans

Noyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri" mövzusunda dördüncü beynəlxalq konfrans işə başlamışdır.  
Üç gün davam edəcək konfrans AMEA, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və AMEA Radiasiya Problemləri İnstitutunun (RPİ) təşkilatçılığı ilə keçirilir.
Konfransı giriş sözü ilə açan AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Nadir Seyidov tədbirin məqsəd və əhəmiyyətindən, müzakirə olunan mövzunun aktuallığından, bu sahədə Azərbaycanda görülən işlərdən danışmış, konfransın işinə uğurlar arzulamışdır.
AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi Adil Qəribov "Dövlət müstəqilliyinin 20 ilində" mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə müstəqilliyimizin bərpasından sonrakı dövrlərdə institutunda qazanılan uğurlardan, elmi nailiyyətlərdən bəhs olunmuşdur. Ölkəmizdə elmə, təhsilə dövlət qayğısından danışan A.Qəribov bildirmişdir ki, bu sahələr həmişə ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Məhz ulu öndərin səyləri və qayğısı nəticəsində institut MDB-nin aparıcı elm müəssisələrindən birinə çevrilmişdir. Ümummilli liderin bu sahədə məqsədyönlü siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanmışdır.
Azərbaycanda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivlərindən söz açan institut direktoru ötən əsrin 70-ci illərində meydana çıxmış enerji qıtlığı problemi, bununla bağlı dünya alimlərinin yeni enerji mənbələri axtarması cəhdləri, problemin bu gün də aktual olmasından danışmışdır.
A.Qəribov rəhbərlik etdiyi elmi qurumun yaradılmasının başlıca məqsədlərindən birinin ölkəmizdə nüvə enerjisinin alternativ enerji mənbəyi kimi dinc məqsədlərlə istifadəsinin elmi və elmi-texniki əsaslarının işlənilməsi olduğunu vurğulamışdır. Alim institutda bu sahədə görülmüş işlərdən, aparılan tədqiqatlardan, dünyanın qabaqcıl elm ocaqları ilə əlaqələrdən, perspektiv planlardan bəhs etmişdir. Koreya Respublikasının təcrübəsindən istifadə etməyin vacibliyi qeyd olunmuşdur. Problemin həlli istiqamətində dövlət səviyyəsində görülən işlərdən danışan A.Qəribov hazırda Azərbaycanda ən mütərəqqi texnologiyanın olmasından, Prezident İlham Əliyevin səyi nəticəsində ölkəmizə yeni qurğuların gətirilməsindən söhbət açmışdır.
İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri, AMEA-nın müxbir üzvü Kərim Ramazanov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Əflatun Həsənov ölkəmizdə radiasiya elmləri sahəsinin yaranması və inkişafında AMEA RPİ-nin əvəzsiz xidmətlərindən danışmış, institutun fəaliyyətini yüksək qiymətləndirmişlər.
Konfrans işini bölmə iclaslarında davam etdirmişdir.
Dünyanın bir sıra ölkələrindən alim və mütəxəssislərin iştirak etdiyi tədbir noyabrın 25-də başa çatacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında