Ordubad rayonunun Gənzə kəndində yeni kənd mərkəzi istifadəyə verilmişdir

Noyabrın 22-də Gənzə kəndində yeni kənd mərkəzi istifadəyə verilmişdir. Gənzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Qürbət Əliyev bildirmişdir ki, kənddə həyata keçirilən quruculuq tədbirləri insanların torpağa bağlılığını artırır, onların rahat yaşamalarına, təsərrüfat işləri ilə məşğul olmalarına səbəb olur. İcra nümayəndəsi göstərilən yüksək dövlət qayğısına görə kənd sakinləri adından minnətdarlığını bildirmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlayaraq demişdir: Gənzə kəndində həyata keçirilən kompleks quruculuq işləri, ilk növbədə, sakinlərin rahatlığına xidmət edir. Aparılan işlər nəticəsində kənd yolunun 1,5 kilometrinə asfalt örtük salınmış, 5,5 kilometri isə əsaslı təmir edilmişdir. İstifadəyə verilən müasir məktəb binası, əhalinin fasiləsiz təbii qaz və elektrik enerjisi ilə təminatı sakinlərin yaxşı yaşaması baxımından mühüm əhəmiyyət daşıyır. Kənddə 384 yerlik elektron ATS quraşdırılmışdır. Həkim ambulatoriyasında əhaliyə lazımi səviyyədə tibbi xidmət göstərilir. 2003-cü ildə yaradılan kənd icra nümayəndəliyi də artıq yeni binada fəaliyyət göstərəcəkdir. Nümunəvi iş şəraiti həm də yaxşı çalışmağın əsasını təşkil edir. Yeni binada yaradılan yüksək iş şəraiti burada fəaliyyət göstərən təşkilatların işinin günün tələbləri səviyyəsində qurulması üçün əlavə bir stimuldur. Tikilənlərin, qurulanların qorunması və onlardan düzgün istifadə isə icra nümayəndəliyinin üzərinə düşən əsas vəzifələrdən biridir. Kəndin sakinləri də yaradılanlardan düzgün istifadə etməli, onların qorunmasına ciddi diqqət yetirməlidirlər.
Ali Məclisin sədri ulu öndər Heydər Əliyevin "Ordubad Azərbaycanın incisidir" fikrini xatırladaraq demişdir ki, Ordubadın da incisi Gənzə kəndidir. Bu kənd milli mənəvi dəyərlərimizə, qədim adət-ənənələrimizə sədaqəti, haqqa, ədalətə sadiqliyi ilə həmişə fərqlənmişdir. Ötən əsrin 90-cı illərindəki çətin, qarışıq vaxtlarda bu kəndin sakinləri düz yol seçdilər, ulu öndərə, onun siyasi xəttinə yüksək sədaqət nümayiş etdirdilər. Zaman sübut etdi ki, bu, düzgün seçim idi.
Ali Məclisin sədri demişdir: O çətin, mürəkkəb günlər artıq arxada qalmışdır. Azərbaycan bu gün müstəqil dövlət kimi gündən-günə inkişaf edir, möhkəmlənir, dünya birliyində layiqli yerini tutur. Bu uğurların təməlində isə ümummilli lider Heydər Əliyevin siyasi xətti dayanır. Ulu öndərimizin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri ilə Azərbaycanın bütün regionları inkişaf edir, tərəqqiyə qovuşur. İnsan amilinə qayğı, diqqət ən yüksək səviyyədədir. Bu qayğı özünü Gənzə kəndinin timsalında da aydın göstərir. Kəndin sakinlərindən 263 nəfəri dövlətdən əməkhaqqı, təqaüd, müavinət formasında vəsait alır. "Kənddə aparılan quruculuq işləri kənd yaşayış məntəqələrinə göstərilən yüksək dövlət qayğısının daha bir nümunəsidir", - deyən Ali Məclisin sədri bildirmişdir ki, həyata keçirilən məqsədyönlü tədbirlər qarşıdakı illərdə də kəndin inkişafına, əhalinin məskunlaşmasına töhfəsini verəcəkdir.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra kənd mərkəzinə baxış olmuşdur. Üçmərtəbəli binada icra nümayəndəliyi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, kitabxana, baytar otağı, polis sahə məntəqəsi, arxiv, kənd mədəniyyət evi və 88 yerlik zal yerləşir.
Binada fərdi qazanxana qurulmuş, həyətdə abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.
Kənd ağsaqqalı Abbas Məmmədov Gənzədə həyata keçirilən quruculuq işlərinə görə minnətdarlığını bildirərək demişdir ki, kəndin sakinləri üçün yaradılan belə nümunəvi şərait bütün əhali tərəfindən rəğbətlə qarşılanır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında