Xələf Xələfov: Yaxın vaxtlarda Xəzəryanı ölkələrin dənizin statusu üzrə razılığa gələcəkləri ehtimalı var

Yaxın vaxtlarda Xəzəryanı ölkələrin dənizin statusuna dair Konvensiyanın mətni üzrə razılığa gələcəkləri ehtimalı var. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov belə hesab edir;
"Xəzərin statusuna dair Konvensiyanın mətni üzrə bir çox məsələlərdə böyük irəliləyişlər var. Biz bir çox məsələlərdə razılıq əldə edə bilmişik. Danışıqlar prosesi irəliləyiş xarakteri daşıyır, getdikcə daha çox məsələlər razılaşdırılır və yaxın vaxtlarda Xəzəryanı ölkələrin Konvensiyanın mətni üzrə razılığa gələcəyi ehtimalı var".
Nazir müavini Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun 30-cu iclasında iştirak edir.
"Tərəflərdə Xəzərin statusu üzrə bütün məsələlərin həllinə cəhd və iradə var, yaxın mövqelər mövcuddur və biz ümumilikdə, mətnin razılaşdırılması məsələsində nikbinik", - deyə X.Xələfov "Trend"ə bildirmişdir.
Onun sözlərinə görə, Konvensiyanın mətni üzrə bəzi məsələlərin tənzimlənməməsi enerji-nəqliyyat layihələrinin reallaşdırılmasına maneə törətmir, çünki həm yerli, həm də beynəlxalq səviyyədə anlaşma var.
Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalamışlar.
1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanmışdır.
2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanmışdır.
2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya isə Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair sazişə imza atmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında