Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Gənc İş Adamları Şəbəkəsi təsis olunmuşdur

Bakıda Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə iki gün davam edən İslam Əməkdaşlıq Təşkilatı Ölkələri - Gənc İş Adamları Şəbəkəsinin (İƏT GİAŞ) təsis qurultayı noyabrın 23-də başa çatmışdır. 
AzərTAc xəbər verir ki, qurultayın ikinci günündə İƏT GİAŞ-ın ayrı-ayrı ölkələrdən olan regional əlaqələndiriciləri seçilmişdir.
Avropa, Asiya, Afrika və digər regionlardan seçilən nümayəndələr İslam ölkələri gənclərinin sahibkarlıq fəaliyyətinin güclənməsi istiqamətində təcrübələrin qarşılıqlı öyrənilməsi və müxtəlif fikir mübadilələrinin aparılması üçün görüşlər təşkil edəcək, şəbəkənin iclaslarını keçirəcəklər.
Tədbirdə "Biznes qurmanın yolları: regional və qlobal perspektivlər", "İƏT ölkələri iqtisadiyyatının şaxələndirilməsində gənclərin rolu" və digər mövzular üzrə işçi qruplarda müzakirələr aparılmışdır.
Sonda İƏT GİAŞ-ın idarə heyəti seçilmiş, Bakı Fəaliyyət Planı, şəbəkənin fəaliyyət istiqamətlərini, eləcə də onun hüquqi statusunu müəyyən edən İşçi Sənəd və Nizamnamə qəbul edilmişdir.
Qeyd edək ki, şəbəkə İƏT-in üzvü olan ölkələrində fəaliyyət göstərən gənc iş adamları üçün birgə fəaliyyət üzrə platforma rolunu oynamaqla, onlar arasında biznes sahəsində məlumat mübadiləsi, iqtisadiyyatın inkişafına töhfə verə biləcək biznes fəaliyyətinin stimullaşdırılmasına, o cümlədən qlobal səviyyədə innovativ ideya və təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan yaradacaqdır.
Bakı tədbirinin nəticələri cari il dekabrın 3-5-də İstanbulda keçiriləcək işgüzarlıq üzrə II Qlobal Sammiti iştirakçılarına təqdim olunacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında