Sərhəd təhlükəsizliyi və narkotik vasitələrə qarşı mübarizə

Bakı şəhərində NATO-nun dəstəyi ilə Dövlət Sərhəd Xidməti tərəfindən "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda seminar keçirilir. 
Seminarda Əfqanıstanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın və Özbəkistanın sərhəd qurumlarının nümayəndələri,NATO, BMT, Aİ, ATƏT-in nümayəndələri, habelə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyini, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini, Azərbaycan Respublikası Müdafiə Nazirliyini, Dövlət Miqrasiya Xidmətini, Dövlət Gömrük Komitəsini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasını təmsil edən şəxslər iştirak edirlər.
Geniş dinləmələrlə müşayiət edilən ikigünlük seminarda səmərəli sərhəd nəzarəti sisteminin yaradılmsı, narkotik maddələrin yayılmasının qarşısının alınması ilə bağlı görülmüş işlər barəsində təqdimatlar keçiriləcək , transsərhəd cinayətkarlığa qarşı mübarizə və digər qarşılıqlı maraq doğuran məsələlərlə əlaqədar fikir mübadiləsi aparılacaq.
Seminar çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev və NATO Baş Katibinin müdafiə siyasəti və planlaşdırılması üzrə müavini səfir Hüseyn Diröz arasında ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunacaq.
Seminar iştirakçıları Dövlət Sərhəd Xidmətinin Akademiyasında xidmətin təlim-tədris prosesinin təşkili və sosial-məişət şəraiti ilə tanış ediləcəklər.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında