Medallar sahiblərinə təqdim olundu

Dünən Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin dövlət müstəqilliyinin 20 illiyi ilə əlaqədar 18 oktyabr 2011-ci ildə imzaladığı sərəncamla ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmiş rayonun iki sakininə dövlət mükafatları təqdim edildi.
Mərasimi açan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qeyd etdi ki, müstəqilliyimizin inkişafında və möhkəmlənməsində xidmətləri olan insanların möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövlət mükafatlarına layiq görülmələri onu göstərir ki, dövlət başçısı onların Vətən qarşısında xidmətlərinə yüksək diqqət və qayğı ilə yanaşır. Bizim üçün çox fərəhli haldır ki, dövlət müstəqilliyimizin 20 illiyi münasibəti ilə möhtərəm Prezidentimizin "Tərəqqi" medalı ilə təltif etdiyi insanlar sırasında Xətai rayonunun da iki sakini var. Onlardan biri bütün ömrünü gənc nəslin tərbiyəsinə həsr etmiş rayon Ağsaqqallar Şurasının sədri Qurbanəli Əlizadə, digəri isə halal xidməti ilə adi sıravi işdən yüksək vəzifəyə qalxan və bu gün rayonun sosial, iqtisadi həyatında işgüzarlığı ilə seçilən iş adamı Norvuzəli İbrahimovdur.
Natiq təltif olunanların xidmətləri ilə bərabər, rayonun bütün zəhmətkeşlərinin son illər Xətainin abadlaşdırılmasında, uğurlar qazanmasında böyük pay sahibi olduqlarını dilə gətirdi və onlara səmimi təşəkkürünü bildirdi.
Sonra R.Məmmədov dövlət mükafatlarını sahiblərinə təqdim etdi. "Tərəqqi" medalına layiq görülmüş Q.Əlizadə və N.İbrahimov da öz növbələrində onların zəhmətini yüksək qiymətləndirən dövlət başçısına minnətdarlıqlarını bildirdilər və bundan sonra Vətənin tərəqqisi naminə daha böyük həvəslə çalışacaqlarına söz verdilər.
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin redaktoru Vüqar Rəhimzadə və digər qonaqlar təltif olunanları təbrik edib uğurlar dilədilər.
Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam etdirildi.

{nl}

İ.RÜSTƏMOV, R.SALMANOV (foto), "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında