Bakıda CAREC-in yüksək vəzifəli rəsmilərinin iclası keçirilmişdir

Noyabrın 22-də Bakıda Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının 10-cu Nazirlər Konfransı çərçivəsində CAREC-in yüksək vəzifəli rəsmilərinin iclası keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri, CAREC Proqramının Azərbaycan üzrə əlaqələndiricisi Samir Vəliyev noyabrın 23-də keçiriləcək 10-cu Nazirlər Konfransının region ölkələrinin səmərəli əməkdaşlığına müsbət təsir göstərəcəyini vurğulamışdır. Bildirmişdir ki, bu il CAREC Proqramının 4 komitəsinin, 1 yüksək vəzifəli rəhbərlərinin iclası və digər tədbirləri keçirilmiş, bir sıra mühüm sənədlər hazırlanmış və onların icrası üzrə müvafiq təkliflər verilmişdir. S.Vəliyev iclasda aparılan müzakirələrin və hazırlanan sənədlərin Nazirlər Konfransının uğurlu keçməsində əhəmiyyətli olacağını demişdir.
Asiya İnkişaf Bankının Şərqi Asiya Regional Əməkdaşlıq Departamentinin baş direktoru Klaus Qerxauzer iclasda noyabrın 23-də imzalanması nəzərdə tutulan 3 sənədin müzakirəsinin aparılacağını diqqətə çatdırmışdır.
Tədbirdə CAREC-in 10-cu Nazirlər Konfransında baxılacaq məsələlər, "CAREC 2020" strateji çərçivə sənədinin yekun layihəsi, ortamüddətli prioritet layihələr, CAREC Proqramı çərçivəsində müxtəlif sahələrdə görülmüş işlər, iqtisadi dəhlizlərin inkişafı və bu sahədə dünya təcrübəsi məsələləri müzakirə edilmişdir.
İclasda CAREC Proqramına üzv ölkələrin, beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında