Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya BMT-nin sertifikatı və xüsusi vəsiqəsi təqdim olunmuşdur

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva noyabrın 22-də fondda BMT-nin Azərbaycan üzrə rezident-əlaqələndiricisi Fikrət Akçuranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə Fikrət Akçura Leyla xanım Əliyevaya BMT-nin sertifikatını və xüsusi vəsiqəsini təqdim etdi.
Leyla xanım Əliyeva Heydər Əliyev Fondunun BMT-nin İnkişaf Proqramı ilə birgə başladığı "2012-ci ildə keçiriləcək Rio+20 Sammitinə hazırlıq məqsədilə Azərbaycan gənclərinin səfərbər edilməsi" layihəsinin direktoru təyin edildi.
Dünyanın ən mötəbər beynəlxalq təşkilatının sertifikatı Leyla xanım Əliyevaya dünyada ekoloji problemlərin, iqlim dəyişikliyinin, kataklizmlərin, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə bağlı onun irəli sürdüyü ideyalara və təşəbbüslərə görə verildi. Leyla xanım Əliyevaya təqdim olunan vəsiqə isə onun artıq BMT ailəsinin rəsmi üzvü olduğunu təsdiqləyir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında