Məşhur sahibkar Araz Ağalarov mətbuat konfransında Vladivostokdakı Russkiy adasında möhtəşəm kompleksin tikintisi layihəsi barədə məlumat vermişdir

Rusiyanın İTAR-TASS informasiya agentliyində rusiyalı məşhur sahibkar, Rusiya İstehsalçılar və İdxalatçılar İttifaqının prezidenti, "Krokus İnterneşnl" qapalı səhmdar cəmiyyətinin baş direktoru Araz Ağalarovun və Rusiya Federasiyasının regional inkişaf nazirinin müavini Roman Panovun mətbuat konfransı keçirilmişdir. Tədbir Russkiy adasında infrastruktur obyektlərinin hazırlanmasına və Asiya-Sakit okean İqtisadi Birliyinin (ASİB) qarşıdakı "Vladivostok-2012" sammitinə həsr edilmişdir. ASİB üzvü olan dövlətlərin liderlərinin sayca iyirmi dördüncü görüşü olacaq bu sammit 2012-ci il sentyabrın əvvəllərində ilk dəfə olaraq Rusiyada, Vladivostokdakı Russkiy adasında keçiriləcəkdir. 
Hazırda Russkiy adasında bir sıra obyektlərin, o cümlədən Uzaq Şərq Federal Universitetinin (UŞFU) binaları kompleksinin möhtəşəm tikintisi həyata keçirilir. Kompleksin ucaldılması "2013-cü ilə qədər olan dövrdə Uzaq Şərqin və Zabaykalyenin iqtisadi və sosial inkişafı" məqsədli federal proqramla nəzərdə tutulmuşdur. "Vladivostokun Asiya-Sakit okean regionunda beynəlxalq əməkdaşlıq mərkəzi kimi inkişafı" altproqramı həmin proqramın tərkib hissəsidir. Russkiy adasında tikinti işlərinin baş podratçısı Araz Ağalarovun rəhbərlik etdiyi "Krokus İnterneşnl" qapalı səhmdar cəmiyyətidir.
Araz Ağalarov Rusiyada ən geniş miqyaslı tikinti layihələrindən birinin əsas mərhələləri, tikinti layihəsinin çətinlikləri və məxsusi cəhətləri barədə ətraflı məlumat vermişdir. Onun sözlərinə görə, universitet şəhərciyinin tikintisi ilə əlaqədar 2009-cu ilin iyul ayında başlanmış işlər bu cür genişmiqyaslı və mürəkkəb tikinti üçün misilsiz sürətlə davam edir. ASİB sammiti başa çatandan dərhal sonra bu universitetin binalarında eyni vaxtda 11 min tələbə təhsil ala biləcəkdir.
Mətbuat konfransında zahiri görkəmi etibarilə Bakıya və onun dənizkənarı hissəsinə oxşayan şəhərin obyektlərinin tikintisi mövzusunda 4 dəqiqəlik reklam çarxı nümayiş etdirilmişdir. Jurnalistlər Araz Ağalarova belə bir sual vermişlər: o, universitet şəhərciyinin dənizkənarı hissəsinin layihəsini əvvəldən Bakı nümunəsi əsasında planlaşdırırdımı? A.Ağalarov sualın cavabında qeyd etmişdir ki, yeni şəhərin görkəmi barədə bütün memarlıq qərarları bilavasitə onun iştirakı ilə qəbul edilmişdir və heç şübhəsiz, Bakının obrazı onun şüuraltı hisslərinə təsir göstərmişdir. "Hansı nümunə əsasında tərbiyə olunmuşuqsa, onu da yaratmışıq" - deyən Araz Ağalarov bütövlükdə yeni tikinti barədə söhbət açarkən xüsusi vurğulamışdır ki, rəhbərlik etdiyi şirkət iki il yarım ərzində sahəsi 900 min kvadratmetr olan universitet kompleksi tikmiş ilk və yeganə podratçıdır. Araz Ağalarov sonda demişdir: "Tərcümeyi-halında şəhərcik tikilməsi faktı olduğunu bilmək çox xoşdur".
Roman Panov öz çıxışında regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə yönəlmiş layihənin maya dəyəri barədə müfəssəl məlumat vermiş, artıq istifadəyə verilmiş və 2012-ci ilə qədər təhvil verilməsi planlaşdırılan konkret obyektlər üzərində ətraflı dayanmışdır.

{nl}

Asya HACIZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında