"BakuTel-2011" 17-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi və Konfransının iştirakçılarına

Hörmətli sərgi və konfrans iştirakçıları!
Sizi - "BakuTel-2011" 17-ci Beynəlxalq sərgi və konfransının iştirakçılarını bu möhtəşəm tədbirin keçirilməsi münasibətilə təbrik edirəm.
Builki sərgi və konfransda 32 ölkədən 250 şirkətin təmsil olunması dünya İKT cəmiyyətlərinin bu tədbirə verdiyi qiymətin parlaq təzahürüdür.
Ölkəmizdə hər il keçirilən bu Beynəlxalq sərgi və konfrans müxtəlif ölkələrin informasiya cəmiyyətlərinin formalaşması üzrə təcrübə mübadiləsi, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, qabaqcıl texnologiyaların təqdimatı, şirkətlər arasında biznes əlaqələrinin genişləndirilməsi üçün əlverişli şərait yaradır.
Azərbaycanda İKT-nin inkişafına dövlət böyük qayğı göstərir. 2003-cü ildən İKT-nin inkişaf strategiyası və bu sahəyə dair bir neçə dövlət proqramı qəbul edilmiş, hüquqi baza formalaşmış, uyğun islahatlar həyata keçirilmiş və nəticədə normal rəqabət mühitinə malik olan, böyük həcmdə investisiya qəbul edən müasir İKT bazarı yaradılmışdır. Ölkəmiz regional və beynəlxalq İKT layihələrində fəal iştirak edir. Avrasiya transmilli informasiya magistralı, Avropa-Yaxın Şərq yüksəksürətli informasiya şəbəkəsi kimi layihələr buna misaldır.
İnanıram ki, "BakuTel-2011" 17-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi və Konfransı müasir texnoloji nailiyyətlərin nümayişi, şirkətlərin, hökumət və dövlət təşkilatlarının, alim və mütəxəssislərin birgə müzakirələri, biznes əlaqələrinin qurulması, regional və beynəlxalq əməkdaşlığın inkişafı, eləcə də Azərbaycanla yaxından tanışlıq üçün əlverişli mühit olacaqdır.
Sərgi və konfransın işinə uğurlar arzulayıram.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 noyabr 2011-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında