Vergilər Nazirliyi müsabiqənin qalibi oldu

Artıq bir neçə həftə idi ki, Avrasiya Qəzəteçilər Dərnəyi türkdilli dövlətlərin dövlət orqanlarının sosial şəbəkələrdəki fəaliyyətini araşdırmaq və qalibi müəyyənləşdirmək üçün müsabiqə elan etmişdi. Mütəxəssislər tərəfindən iki həftə ərzində aparılan araşdırma nəticəsində Azərbaycandan iki, Türkiyədən isə 3 dövlət qurumu son tura çıxa bilmişdi. Müsabiqədə əsas məqsəd müasir dünyada dövlət qurumlarının sosial şəbəkələrdəki aktivliyini müəyyənləşdirmək olub. Araşdırmalar əsasən üç istiqamətdə aparılıb: 
1. Sosial şəbəkələrdə dövlət qurumlarına məxsus səhifənin kütləviliyi;
2. Sosial şəbəkələrdə dövlət qurumlarına məxsus səhifələrin informasiya daşıyıcılıq qabiliyyətinin böyüklüyü;
3. Sosial şəbəkələrdə dövlət qurumlarına məxsus səhifələrin texniki imkanları.
Aparılan araşdırmanın sona çatması ilə bağlı məlumat yayan Təşkilat Komitəsi bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, 2 həftəlik araşdırmadan sonra müəyyən edilib ki, bütün göstəricilərə görə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Facebook səhifəsi bütün normativlərə cavab vermiş və müsabiqənin qalibi olmuşdur. Xatırladaq ki, qısa zaman ərzində fəaliyyətə başlayan Vergilər Nazirliyinin səhifəsində 1258 üzv var və gün ərzində səhifədə 150-300 arası ziyarətçi olur. Bundan başqa səhifədə hər gün 5-7 arası xəbər qoyulur. Xəbərlər əsasən iki istiqamətdə olur:
1. Əksər dövlətlərdə mövcud olan vergi qanunericiliyi ilə bağlı xəbərlər;
2. Azərbaycanla bağlı vergi xəbərləri.
Səhifə daha çox informasiya daşıyıcısı rolunu oynamaqla yanaşı, həm də maarifləndirmə işlərinə xüsusi önəm verir. Məhz bu dəyərlər nəzərə alınaraq Vergilər Nazirliyinin Facebookdakı rəsmi səhifəsi birinciliyə layiq görülüb. Təşkilat Komitəsi bildirmişdir ki, yaxın günlərdə (bir aydan gec olmayaraq) xüsusi diplom Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim olunacaq.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında