Pambıq yığımı davam edir

Noyabr ayının ilk iki həftəsi əsasən yağmurlu keçsə də bəzi yerlərdə pambıq yığımı fasilələrlə davam edib. On dörd gün ərzində tarlalardan 4618 ton "ağ qızıl" yığılaraq, ölkə üzrə pambıq tədarükü 46522 tona çatdırılıb. Pambıqçılıqla məşğul olan 23 rayondan 6-da aramsız yağmurlu hava şəraiti məhsulun yığılmasına imkan verməyib. Ümumiyyətlə, bu il tarlalarda bol məhsul yetişdirilsə də hava şəraitinin əlverişsizliyi pambığın yığımını xeyli ləngidib.
Lakin elə rayonlar var ki, bütün çətinliklərə baxmayaraq, "ağ qızıl"ın tədarükünü əzmlə davam etdirir. Saatlı, Sabirabad, Biləsuvar, Ağcabədi, İmişli, Bərdə, Tərtər rayonlarının fermerləri və fərdi torpaq sahibkarlarını buna misal göstərmək olar. Son on dörd gündə həmin rayonlarda daha çox pambıq yığılmışdır. Ən çox məhsul tədarükü isə Ağcabədi rayonunda (871 ton) qeydə alınmışdır.
Dövlət Statistika Komitəsinin noyabr ayının 14-nə hazırladığı məlumata görə, son iki həftə ərzində Biləsuvar rayonunda tarlalardan 716 ton, Bərdə rayonunda 442 ton, Tərtər rayonunda 422 ton, Saatlı rayonunda 404 ton, Sabirabad rayonunda 315 ton pambıq yığılmışdır. Saatlı və Biləsuvar rayonlarının fermerləri məhsul yığımı başlanandan bəzi müvafiq surətdə 8994 ton və 8494 ton "ağ qızıl" tədarük etmişlər. Hesabat dövrünədək tarlalardan 4095 ton pambıq yığan ağcabədililər, 3372 ton "ağ qızıl" tədarük edən imişlilər və 3363 ton məhsul dərən bərdəlilər isə cədvəldə sonrakı yerlərdə gedirlər.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında