"Trans Anadolu" qaz kəməri "Nabukko" ilə birləşdirilə bilər

Türkiyədə tikintisi planlaşdırılan yeni Azərbaycan-Türkiyə "Trans Anadolu" qaz kəməri "Nabukko" qaz kəməri ilə birləşdirilə bilər. "Trend"in "Anadolu" agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə cümə günü Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız açıqlama vermişdir.
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev cümə axşamı bildirib ki, Türkiyə və Azərbaycan Türkiyənin şərq sərhədlərindən qərb sərhədlərinədək uzanacaq yeni qaz kəmərinin tikintisi imkanlarının öyrənilməsi üzrə işlərə başlayıblar.
Azərbaycanın 2025-ci ilədək hasil etməyi planlaşdırdığı 50 milyard kubmetr qazın böyük hissəsini ixrac etmək üçün Bakı və Ankara Türkiyə ərazisində yeni qaz kəməri tikməyə hazırlaşırlar. Bu layihənin iştirakçıları yeni boru kəməri layihəsi ilə bağlı bütün məsələləri 2012-ci il ərzində həll etmək və vaxt itirmədən inşaat işlərinə başlamaq istəyirlər ki, 2017-ci ilin sonlarında - "Şahdəniz" layihəsinin 2-ci mərhələsi üzrə istismar başlayanda kəmər artıq hazır olsun.
"Cənub dəhlizi"nin layihələrindən biri olan "Nabukko" qaz kəməri layihəsi Xəzər regionu və Yaxın Şərqdən qazın Avropa İttifaqı ölklərinə tədarükünü nəzərdə tutur. Boru kəmərinin tikintisi 2013-cü ildə nəzərdə tutulmuşdur. Kəmərlə ilk tədarük isə 2017-ci ildə gözlənilir.
Boru kəmərinin ümumi uzunluğu 3900 kilometrdir, maksimal gücü ildə 31 milyard kubmetr təşkil edəcək. Layihənin səhmdarları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botas" və Almaniyanın RWE şirkətləridir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında