Krans Montana Forumunun icraçı direktoru: "Azərbaycan öz təhlükəsizliyini, sabitliyini təmin etmişdir və bu, başqalarına nümunə ola bilər"

İsveçrənin Cenevrə şəhərində Krans Montana Forumunun təşkilatçılığı ilə Transmilli Cinayətkarlıqla Mübarizə üzrə 13-cü Beynəlxalq Sammit və Qlobal Təhlükəsizlik üzrə Forum keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə 60-dan çox ölkənin dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların və transmilli şirkətlərin 200-dən çox təmsilçisi iştirak edib.
Forumun icraçı direktoru Jan-Pol Karteron çıxışında beynəlxalq təhdidlər, transmilli cinayətkarlıq və terrorçuluq problemlərindən danışıb. O, forumun növbəti sessiyasının Azərbaycan prezidentinin dəvəti ilə Bakı şəhərində keçiriləcəyini açıqlayıb.
J. P. Karteron bildirib ki, Azərbaycan son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və sosial sahədə ciddi uğurlara nail olmuşdur: "Mürəkkəb geosiyasi vəziyyətinə baxmayaraq, Azərbaycan öz təhlükəsizliyini və sabitliyini təmin etmişdir və bu, başqalarına nümunə ola bilər. Balanslaşdırılmış xarici siyasəti və enerji layihələri sayəsində Azərbaycan Avropa və qlobal təhlükəsizliyin vacib elementlərindən birinə çevrilmişdir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında