Azərbaycan ilə Rumıniya arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün geniş potensial vardır

Noyabrın 21-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Daniel Kristian Çobanu ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, etimadnaməsinin surətini nazirə təqdim edən diplomat ölkəmizdə səfir təyin olunmasından məmnunluğunu ifadə etmişdir.
Ölkələrimiz arasında bir sıra istiqamətlərdə, xüsusilə iqtisadi, ticarət və enerji sahələrində əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayan səfir Azərbaycan-Rumıniya əlaqələrinin daha da genişləndirilməsi üçün səylər göstərəcəyini demişdir.
E.Məmmədyarov Azərbaycanda səfir təyin olunması münasibətilə rumıniyalı diplomatı təbrik etmiş və işlərində müvəffəqiyyətlər arzulamışdır.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında