İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Beynəlxalq Olimpiya Komitəsinin sədri Jak Roqqedən məxsusi müsahibə almışdır

Rusiyada Olimpiya hərəkatının yaranmasının yüz illiyinə həsr edilmiş yubiley tədbirləri ərəfəsində İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Beynəlxalq Olimpiya Komitəsinin sədri Jak Roqqedən İTAR-TASS, "Rossiyskaya qazeta" və "Rossiya-24" telekanalı üçün məxsusi müsahibə almışdır. 
AzərTAc xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) başçısı bu təşkilatın on illik fəaliyyətinin yekunları, idmanın, o cümlədən qadınlar və gənclər arasında idmanın inkişafının müasir istiqamətləri, habelə Olimpiya hərəkatının aktual problemləri barədə söhbət açmışdır.
Jak Roqqe BOK-un gəlirləri barədə danışarkən demişdir: "Beynəlxalq Olimpiya Komitəsi öz mənfəətinin 94 faizini idmanın inkişafına sərf edir. Biz milli olimpiya komitələrini dəstəkləyirik, inkişaf etməkdə olan ölkələrin milli komitələrinə üstünlük veririk. Maliyyələşdirmənin çox hissəsi həmin ölkələrə yönəldilir, onların buna daha çox ehtiyacı vardır. Biz 35 beynəlxalq federasiya üçün də pul ayırırıq. Onlardan 28-i futbol, üzgüçülük, basketbol və digər yay idman növlərini, 7-si isə qış idman növlərini təmsil edir. Biz Olimpiya Oyunlarına hazırlıq üzrə təşkilat komitələrinə də kömək edirik. Təbii ki, Soçiyə maliyyə dəstəyi göstəririk. Əlbəttə, yoxsul ölkələrdəki gənc idmançıları da dəstəkləyirik. Biz pulları bu cür bölüşdürürük. BOK-un normal fəaliyyətini təmin etmək üçün biz cəmi 6 faiz saxlayırıq. Bu, çox deyildir".
BOK başçısı 2014-cü il Qış Olimpiya Oyunlarının paytaxtı kimi Rusiyanın Soçi şəhərinin hansı meyarlara əsasən seçilməsini açıqlamışdır. Jak Roqqe demişdir: "Bizim birinci meyarımız regionun rifahının vəziyyəti və stadionların keyfiyyətidir. Soçi Rusiya Federasiyasında olduğuna görə deyil, ona görə seçilmişdir ki, bu, ən yaxşı seçim idi! Ona görə ki, Soçi idmançılar üçün ən yaxşı şərait təklif etmişdir. Əlbəttə, 1980-ci il Olimpiadası Moskvada keçiriləndən bu qədər illər ötəndən sonra Rusiya Federasiyasına qayıtmağa şadıq. Lakin bu, məqsəd deyil, məqsəd - ən yaxşı yer seçməkdir və bu yer Soçidir".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında