Azərbaycanın nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 27-ci sessiyasında iştirak edir

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan Beynəlxalq Dəniz Təşkilatı (BDT) Assambleyasının noyabrın 30-dək Londonda davam edəcək 27-ci sessiyasında iştirak edir.
ARDDA-nın mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə 1995-ci ildən ölkəmizin də üzv olduğu BDT-nin dəniz təhlükəsizliyi, qanunvericilik, dəniz ətraf mühitinin mühafizəsi, asanlaşdırma və texniki əməkdaşlıq komitələrinin və "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya"ya əlavə və dəyişiklərin edilməsi ilə əlaqədar ötən il keçirilmiş diplomatik konfransın hesabatları dinləniləcəkdir. Bundan başqa, tədbirdə Azərbaycanın da qoşulduğu 1972-ci il tarixli "Dənizin tullantılar və başqa materiallar ilə çirkləndirilməsinin qarşısının alınması haqqında Konvensiya"ya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər, habelə dəniz nəqliyyatı sahəsinə dair digər mühüm normativ sənədlər və BDT-yə üzv Dövlətlərin Könüllü Audit Yoxlamasından keçməsi ilə əlaqədar müzakirələr aparılacaqdır.
Sessiyada, həmçinin "Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiya"nın 16-cı və 17-ci maddələrinə uyğun olaraq Şura üzvlərinin seçilməsi üçün səsvermənin keçirilməsi də nəzərdə tutulmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında