Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açılmayacaqdır

Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açılmayacaqdır. Bununla yanaşı, Sürix protokolları da Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici işlər komissiyasında müzakirəyə çıxarılmayacaqdır. 
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan TBMM-nin xarici işlər komissiyasının sədri Volkan Bozkır noyabrın 21-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə söyləmişdir.
Milli Məclisin sədri demişdir ki, Azərbaycan-Türkiyə əlaqələri bu gün bütün istiqamətlərdə uğurla inkişaf edir. Dünyada bizim qardaşlığımızın, dostluğumuzun bənzəri yoxdur və bu əlaqələr digər dövlətlər üçün nümunədir.
O.Əsədov bildirmişdir ki, ölkələrimiz arasında 170-ə qədər hüquqi sənəd imzalanmışdır. Ötən il Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə" imzalamışlar. Bu bizim münasibətlərimizin ən yüksək səviyyədə olduğunu sübut etmişdir.
Bu gün sürətlə inkişaf edən Türkiyə dünya siyasətində öz sözünü deyir və bu, bizi çox sevindirir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına (TŞ) üzv olmasında Türkiyənin dəstəyini gördük və bunu da yüksək dəyərləndiririk.
O.Əsədov parlamentlərarası əlaqələrimizin səviyyəsindən razılığını ifadə etmiş, deputatlarımızın beynəlxalq təşkilatlardakı birgə, faydalı əməkdaşlığını yüksək qiymətləndirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dəyişməz mövqeyinə görə Türkiyəyə bir daha minnətdarlığını bildirən O.Əsədov demişdir: "Biz ümid edirik və inanırıq ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət və Türkiyənin fəal dəstəyi ilə münaqişə tezliklə öz həllini tapacaqdır".
Volkan Bozkır TBMM sədrinin salamlarını Oqtay Əsədova çatdırmış və demişdir ki, Türkiyə ilə Azərbaycan qardaşlığının bugünkü səviyyəsi dünyaya bir millət, iki dövlət olduğumuzu sübut etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyi münasibətilə O.Əsədovu və xalqımızı təbrik edən V.Bozkır demişdir ki, ölkəmizin BMT TŞ-ya qeyri-daimi üzv seçilməsi bu yubileyə bir hədiyyədir. TBMM-in komissiya sədri Van vilayətində baş vermiş zəlzələdən əziyyət çəkənlərə göstərilən diqqət və qayğıya görə bir daha Azərbaycan xalqına və dövlətinə minnətdarlığını bildirmişdir.
Azərbaycanın bugünkü inkişafını yüksək qiymətləndirən qonaq demişdir ki, bu, qardaş və dost türk xalqını çox sevindirir.
Sonra görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq, terrorizmə qarşı mübarizə və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında