Azərbaycan Türkiyənin terrorla mübarizəsini dəstəkləyir

Noyabrın 21-də Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komissiyasının üzvləri ilə görüşmüşdür. 
Səməd Seyidov demişdir ki, iki qardaş ölkə arasında münasibətlər region və dünya dövlətləri üçün nümunədir. Azərbaycan-Türkiyə əlaqələri sabitlik, inkişaf və dostluq rəmzidir. Bu iki ölkənin münasibətləri bütün türk dünyasına təsir göstərir. Komitə sədri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini uğurlu hadisə kimi qiymətləndirmiş, Türkiyənin Azərbaycanın yanında olmasının qürurverici olduğunu bildirmişdir.
Səməd Seyidov demişdir ki, bütün məsələlərdə hər zaman bir-birinin yanında olan parlamentlərimiz də dövlətlərimiz arasındakı əlaqələrə böyük töhfələr verirlər. Hər iki parlamentin xarici əlaqələr komitələri də bu istiqamətdə olduqca fəallıq nümayiş etdirirlər. Bu əlaqələrin inkişafına xidmət etmək parlamentlərimizin xarici komitələrinin əsas vəzifələrindən biridir.
TBMM xarici əlaqələr komissiyasının sədri Volkan Bozkır demişdir ki, Azərbaycan ilə Türkiyə ortaq tarixi, mədəni, mənəvi dəyərləri və bir milləti olan iki qardaş dövlətdir. Eyni zamanda, ən önəmli strateji tərəfdaşdırlar. Azərbaycanın uğurları ilə qürur duyduqlarını vurğulayan V.Bozkır ölkəmizin BMT TŞ-ya üzv seçilməsini Türkiyənin də qələbəsi kimi qəbul etdiklərini diqqətə çatdırmışdır.
Görüşdə Azərbaycan ilə Türkiyənin üzləşdiyi problemlərə də toxunulmuş və qeyd olunmuşdur ki, terrordan əziyyət çəkən ölkə kimi Azərbaycan Türkiyənin terrorla mübarizəsini dəstəkləyir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında