Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirilmişdir

Ədliyyə Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə birlikdə noyabrın 19-da Bakı İdman Sarayında Ədliyyə orqanlarında vakant vəzifələrdə işləmək istəyən namizədlər üçün test imtahanı keçirmişdir.
Müsabiqə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna əsasən aparılır. Sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilmiş və imtahanda iştirak etmək üçün 356 nəfərin namizədliyi qeydə alınmışdır. Saat 10.00-da başlayan və üç saat davam edən imtahanda namizədlərə 100 sual təqdim olunmuşdur. Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış 80 sual namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini, TQDK tərəfindən hazırlanmış 20 sual isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən etmək üçün nəzərdə tutulmuşdur.
Namizədlərin balları hesablandıqda hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0,5 balla qiymətləndirilmişdir.
Test imtahanında ən çox 90 bal toplamaq mümkündür. İmtahanda 55 və daha çox bal toplamış namizədlər müsabiqənin ikinci - söhbət (müsahibə) mərhələsində iştirak edəcəklər.
Bu mərhələdən də uğurla keçmiş namizədlər peşə fəaliyyətinə buraxılması məqsədi ilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin sonunda keçiriləcək imtahan nəticəsində müvəffəqiyyət qazanan namizədlər qulluğa qəbul olunacaqlar.
İmtahanın gedişini 30-dan çox yerli və beynəlxalq müşahidəçi, eləcə də KİV nümayəndələri izləmişdir.
İmtahan prosesi Ədliyyə Nazirliyinin internet saytı vasitəsilə "online" rejimdə birbaşa yayımlanmışdır.
Test imtahanından 136 nəfər 55 baldan yuxarı nəticə göstərmişdir.
İmtahanın nəticələri TQDK-nın (tqdk.gov.az) və Ədliyyə Nazirliyinin (justice.gov.az) internet saytlarında yerləşdirilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında