Beynəlxalq Böhran Qrupu: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni variantlar və alternativlərə baxılmalıdır

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında gərginliyin aradan qaldırılması üçün görülməli olan qısamüddətli tədbirlərə müxtəlif variantlar və alternativlərin əlavə olunması məsələsi müzakirə edilməlidir. 
Bununla yanaşı, son 17 ildə davam edən prosesi də pozmaq olmaz. APA-nın məlumatına görə, bu fikri Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə proqramının direktoru Lourens Şits demişdir: "Qutudan" çıxmaq lazımdır, əvvəllər irəli sürülməyən və yeni yanaşmalara baxılmalıdır...
Azərbaycan ərazisinin böyük hissəsinin erməni ordusu tərəfindən işğalı şəraitində yaranmış hazırkı status-kvo uzunmüddətli perspektiv üçün dayanaqlı əsas deyil".
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə Kazanda keçirilən sammitə böyük ümidlər bəslənilirdi. Lakin bu görüş danışıqlar prosesində irəliləyişə səbəb olmamışdır: "Təəssüf ki, irəliləyişi müşahidə etmədik və Minsk qrupu çərçivəsində davam edən sülh prosesi xeyli ləngidi".
Proqram direktoru bildirib ki, münaqişə tərəfləri arasında "hərarəti yüksəldən" silahlanma yarışı və hərbi ritorika davam edir.
Türkiyə, İran və Rusiyanın hərbi əməliyyatların mümkün bərpasına münasibətinin necə olacağı ilə bağlı suala cavab olaraq L.Şits qeyd edib ki, əməliyyatların bərpası regional münaqişəyə çevrilə bilər: "Çünki hərbi sahədə sıx əməkdaşlıq edən Rusiya ilə Ermənistan, habelə Türkiyə və Azərbaycan arasında təhlükəsizliklə bağlı öhdəliklər var. İran isə Ermənistan və Azərbaycanla həmsərhəd dövlətdir. İranın bu münaqişəyə nə dərəcədə qoşulacağını demək çətin olsa da, aydındır ki, İran onun sərhədlərində baş verən münaqişəyə laqeyd qalmayacaq".
BBQ təmsilçisi həmçinin vurğulayıb ki, 1994-cü il ilə müqayisədə hər iki ölkə daha çox həm hücum, həm də müdafiə silahlarına malikdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında