İsveçin hakim partiyası: Parlamentdə "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbulu səhv addım idi

İsveç parlamenti - Riksdaqın iki il əvvəl "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnamə səhv və düşünülməmiş bir addım olmuşdur.
APA-nın məlumatına görə, bunu İsveçin hakim partiyası - Moderatorlar Partiyasının nümayəndələri İsveç Azərbaycanlıları Konqresinin təmsilçiləri ilə keçirilən görüşdə bildiriblər.
Onların sözlərinə görə, tarixi hadisələrə tarixçilər qiymət verməlidir, qərarı isə siyasi təşkilatlar deyil, beynəlxalq məhkəmə və təşkilatlar çıxarmalıdır.
İsveç parlamentinin üzvləri həmçinin Avropa İttifaqının region üçün təhlükə yaradan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəaliyyətinin gücləndirilməsinin vacibliyi ilə bağlı razılıqlarını bildiriblər. Onların fikrincə, İsveç parlamentinin bu münaqişə ilə bağlı məlumatı səthidir və əsasən ATƏT-in Minsk qrupunun fəaliyyətinə əsaslanır. Bu baxımdan İsveç Azərbaycanlıları Konqresinin təmsilçiləri ilə keçirilən görüş mühüm əhəmiyyət kəsb edir.
Görüşdə Moderatorlar Partiyasının nümayəndələrinə Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında ətraflı məlumat verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında