Dünya Gömrük Təşkilatında Azərbaycan gömrük xidmətinin rolu yüksək qiymətləndirilmişdir

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Dünya Gömrük Təşkilatının (DGT) ekspertləri - xanım Bistra Teodosieva və Aleksey Şeqlov ilə görüşmüşdür.  
A.Əliyev müstəqil Azərbaycanın gömrük sisteminin beynəlxalq təşkilatlarla, xüsusilə DGT təşkilatı ilə əməkaşlığının hazırkı vəziyyətindən razılıqla söhbət açmışdır. Azərbaycan gömrük xidmətinin inkişafından danışan komitə sədri onun təkmil bir struktura çevrildiyini diqqətə çatdırmışdır.
Səmimi qəbula və göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edən ekspertlər Azərbaycanda əsl iqtisadi tərəqqinin şahidi olduqlarını bildirmişlər. Təmsil etdikləri təşkilatda Azərbaycan gömrük xidmətinin fəal rolunu yüksək qiymətləndirmişlər.
Görüşdən sonra qonaqlar DGK-dəki Əməliyyat Mərkəzi ilə tanış olmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında