Romada Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş konfrans keçirilmişdir

Noyabrın 18-də Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə Romada İtaliyanın "La Sapienza" Universiteti tərəfindən Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş konfrans keçirilmişdir. Konfransı "La Sapienza" Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Antonello Biacini açmışdır. Tədbirdə Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənli, dosent Altay Göyüşov və İtaliyanın "La Sapienza" Universitetinin professorları Andrea Karteni, Alessandro Vanini, Qabriele Natalizia məruzə ilə çıxış etmişlər.
Konfransda İtaliyanın Azərbaycandakı keçmiş səfiri Canluici Maşia, bu il oktyabrın 25-28-də Azərbaycanda səfərdə olmuş italiyalı professorlar Ancelo Kianeze və Françesko Qui, həmçinin oktyabrın 18-20-də Azərbaycanda keçirilmiş Dünya Gəncləri Festivalında iştirak etmiş italiyalı tələbələr ölkəmizlə bağlı təəssüratlarını bölüşmüşlər. Tədbirdə "La Sapienza" Universitetinin və Romadakı digər ali təhsil müəssisələrinin tələbə və müəllimləri iştirak etmişlər.
Konfransda səslənən məruzələr tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında