"BANK OF AZERBAIJAN" Bankomat şəbəkəsini genişləndirir

"Bank of Azerbaijan" 3 yeni bankomatını müştərilərinin ixtiyarına verir. Yeni bankomatlar Bakı şəhərinin mərkəzində quraşdırılmışdır. Yeni quraşdırılmış bankomatlar aşağıda göstərilən ünvanlarda yerləşir:
1. Nəsimi rayonu, Azadlıq prospekti 125 (Nəsibbəy Yusifbəyli küçəsi ilə kəsişmədə)
2.Nərimanov rayonu, F.Xoyski küçəsi 2a("Gənclik" metrostansiyasının yaxınlığında)
3.Nəsimi Rayonu, Rəşid Behbudov küçəsi ilə Fizuli küçəsinin kəsişməsindəki yeraltı keçiddə.
Müştərilər artıq beynəlxalq ödəmə kart sistemi vasitəsilə 24 saat ərzində bankomatın xidmətlərindən yararlana bilərlər. Hazırda "Bank of Azerbaijan" tərəfindən 25-ci bankomat quraşdırılmışdır, bunlardan 13 -ü Bakı şəhərində, digərləri isə ölkəmizin ayrı - ayrı regionlarında. "Bank of Azerbaijan"ın bankomatları haqqında məlumatları aşağıda göstərilən ünvanda əldə etmək olar.
(http://bank.az/boa_az_bank_haqqında_bankomatlar.htm).
Qeyd edək ki, "Bank of Azerbaijan" bankomatlar şəbəkəsinin optimallaşdırılmasına dair siyasətini davam etdirir və ilin sonunadək öz bankomat şəbəkəsini daha da artırmaq niyyətindədir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında