Azərbaycanın və Rusiyanın dövlət sərhəd xidmətləri arasında əlaqələr yüksək səviyyədədir

Azərbaycanın və Rusiyanın dövlət sərhəd xidmətləri arasında əlaqələr yüksək səviyyədədir.
AzərTAc xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Cənub Regional Sərhəd İdarəsinin rəisi, general-polkovnik Nikolay Lisinski demişdir.
N.Lisinski bildirmişdir ki, biz mütəmadi olaraq həm quru, həm də dəniz sərhədlərindəki vəziyyətlə bağlı məlumat mübadiləsi aparırıq.
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində keçirdiyimiz görüşdə də ölkələrimizin sərhəd xidmətləri arasında əməkdaşlığın vəziyyətini və bir sıra məsələləri müzakirə etmişik. Bizim Azərbaycan haqqında təəssüratlarımız çox yüksəkdir.
Qonaq Azərbaycanın iqtisadi inkişafını və paytaxtda görülən tikinti-quruculuq, abadlıq işlərini də yüksək qiymətləndirmişdir. O demişdir ki, Bakı şəhəri dəyişərək gündən-günə gözəlləşir. Bu şəhərdə olmaq çox maraqlı və xoşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında