CNN-in tanınmış jurnalisti Beynəlxalq Avrasiya Mətbuat Fondunda olmuşdur

Noyabrın 18-də Amerikanın CNN kanalının tanınmış jurnalisti Cim Klensi Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olmuşdur. 
BAMF-dən bildirmişlər ki, görüşdə fondun sədri Umud Rəhimoğlu təşkilatın yaranması, fəaliyyəti, həyata keçirilən layihələr barədə qonağa ətraflı məlumat vermişdir.
U.Rəhimoğlu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, torpaqlarımızın ermənilər tərəfindən işğalı faktını da qonağın diqqətinə çatdırmışdır. Görüşdə Azərbaycanda medianın vəziyyəti, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində fikir mübadiləsi də aparılmışdır.
Azərbaycana heyranlığını gizlətməyən Cim Klensi ölkəmizə valeh olduğunu bildirmişdir. O, BAMF-ın müharibədən zərərçəkənlərlə bağlı həyata keçirdiyi layihələrin çox böyük əhəmiyyət kəsb etdiyini də vurğulamışdır. Qonaq fondun fəaliyyəti ilə bağlı gələcəkdə süjet hazırlamaq fikrində olduğunu bildirmişdir.
Qeyd edək ki, C.Klensi CNN-in çəkiliş qrupu ilə Azərbaycanda səfərdədir. Tanınmış jurnalistin təqdimatı ilə CNN telekanalı Azərbaycan haqqında "Eye on Azerbaijan" ("Azərbaycana nəzər") adlanan beşgünlük proqramının yayımına başlamışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında