Nazirlər Kabineti noyabr ayında bir neçə yeni qərar qəbul etmişdir

"Patent haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə "Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli Fərmanının 2-ci hissəsinin ikinci abzasına əsasən Nazirlər Kabineti "Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədilə baxılma Qaydaları"nın təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.
Qərar noyabrın 10-dan - imzalandığı gündən qüvvəyə minmişdir.
"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli Fərmanının 1.3.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti "Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası"nın təsdiq edilməsi barədə qərar qəbul etmişdir.
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 163-IVKQD nömrəli Konstitusiya Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 avqust tarixli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti özünün 2003-cü il 13 may tarixli qərarı ilə təsdiq edilmiş "Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Nizamnamə"də dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir.
Hər iki qərar noyabrın 11-dən - imzalandıqları gündən qüvvəyə minmişdir.
"İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli Fərmanının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.
Qərar noyabrın 17-dən - imzalandığı gündən qüvvəyə minmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda, həmçinin AzərTAc-ın www.azertag.com internet resursunda tanış olmaq mümkündür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında