"Euronews" kanalının Azərbaycan dilində yayımı üzərində iş aparılır

"Euronews" kanalının Müşahidə Şurasının sədri Piter Luigi Malesani və İcraedici Şuranın baş direktoru Maykl Piters İctimai Televiziya və Radio Yayımları Şirkətində olmuşlar. 
Şirkət əməkdaşları ilə keçirilən görüşdə İctimai Teleradionun baş direktoru İsmayıl Ömərov Prezident İlham Əliyevin "Euronews" kanalının Müşahidə Şurasının sədri və İcraedici Şuranın baş direktoru ilə danışıqlar zamanı bu telekanalla əməkdaşlığı yüksək qiymətləndirdiyini bir daha diqqətə çatdırmışdır.
İki telekanal arasında cari ilin iyulunda Parisdə müqavilə imzalandığını xatırladan İ.Ömərov "Euronews"la birgə layihələr üzərində iş aparıldığını bildirmişdir.
Piter Luigi Malesani isə öz növbəsində Müşahidə Şurasının son iclasında "Euronews" kanalının yayım dillərinin artırılması məsələsinin müzakirə olunduğunu və şuranın bunun icrası ilə bağlı Baş direktor Maykl Pitersə səlahiyyət verdiyini diqqətə çatdırmışdır. Bununla bağlı müraciət edən ölkələr çoxdur, amma bu ölkələr arasında Azərbaycan daha önəmlidir.
Avropanın Azərbaycan barədə daha çox məlumat əldə etməsində "Euronews" kanalının gözəl vasitə olduğunu xüsusi qeyd edən P.L.Malesani demişdir ki, yaxın zamanlarda "Euronews"un xəbər buraxılışlarının və bir neçə proqramının İctimai Televiziya vasitəsilə Azərbaycan dilində yayımına başlanılacaqdır.
Maykl Piters isə Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlığı ilə bağlı həftəlik verilişin yayımının nəzərdə tutulduğunu söyləmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında