"Azercell" özünün yenilənmiş korporativ brendini təqdim etdi

Bu günlərdə Azərbaycanın aparıcı mobil operatoru "Azercell Telekom" MMC özünün korporativ brendinin yenilənmiş görünüşünü təqdim etmişdir.
Təqdimat mərasimində media nümayəndələrini və qonaqları salamlayan "Azercell"-in prezidenti Ali Ağan bildirmişdir ki, Avrasiyada yerli səviyyədə özünəməxsusluğu ilə seçilən aparıcı mobil operatorlar qrupunun bir hissəsi olmaqdan güclənən "Azercell"-in yenilənmiş brendini təqdim etməyə olduqca şadam. Təxminən 14 ildir ki, "Azercell" ölkəyə ən son texnologiyaları, nou-haunu və qlobal səviyyədə tanınmış istehsalçılardan ən müasir avadanlığı gətirir. Beləliklə, qlobal miqyasda rəqabətə davamlı dünya standartları əsasında telekommunikasiya infrastrukturunun qurulmasında Azərbaycana yardımçı olaraq bu ölkədə mobil rabitə sənayesinin inkişafında ilk addımlar atan şirkətdir. "Azercell" Azərbaycanda nəinki innovativ GSM texnologiyalarını, o cümlədən həftənin bütün günləri 24 saat ərzində müştərilərə xidmət, vahid pəncərə və bir çox digər xidmətlər kimi yeni biznes konsepsiyalarını tətbiq edən ilk şirkət oldu.
"Azercell"-in yeni brendinin təsviri korporativ dəyərlərimizi və Azərbaycana xidmətimizin davam etdirilməsinə sadiqliyimizi əks etdirir. Mən Azərbaycanda şirkətlər, xüsusən də telekommunikasiya sənayesi üçün yaradılmış münbit biznes mühiti və geniş dəstəyə görə Azərbaycan Respublikasının Prezidentinə və hökumətinə öz minnətdarlığımı bildirmək istəyirəm. Əldə etdiyimiz nailiyyətlər və uğurlarımız onların, eləcə də tərəfdaş və müştərilərimizin dəstəyi olmadan mümkünsüz olardı."
Mətbuat konfransına qatılan "TeliaSonera Avrasiya"-nın vitse-prezidenti və Qafqaz regionu üzrə rəhbər Halim Ateş bildirmişdir: "Mobil rabitə infrastrukturunun inkişaf etdirilməsi Azərbaycanda bütün insanların yüksək keyfiyyətli, məqbul qiymətlərlə seçilən telekommunikasiya xidmətlərinə çıxışın təmin edilməsinin ən qısa yoludur. "Azercell" artıq ölkənin ən ucqar bölgələrində yaşayan və telekommunikasiyaya heç vaxt çıxışı olmayan insanlara bu xidmətləri göstərməyə başlayıb. Bizim 2G şəbəkəmiz Azərbaycan əhalisinin 100%-dən bir qədər az qismini əhatə edir və biz müvafiq lisenziyanı aldıqdan dərhal sonra 3G xidmətlərini göstərməyə tam hazırıq. Yeni texnologiyalar, xüsusən də 3G-nin tətbiqi Azərbaycanda telekommunikasiyanın gələcək inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Həmin xidmətlər ölkəyə yerli və xarici sərmayələri cəlb edərək, bütün sənaye sahələrində iqtisadi, sosial və ətraf mühit faktorlarını güclü şəkildə təşviq edir və onlara yol açır. "Azercell"-in idarəedici payçısı olan "TeliaSonera" 2009-cu ilin dekabr ayında İsveç və Norveçin paytaxtlarında, Stokholm və Osloda kommersia xarakterli 4G xidmətləri tətbiq edən dünyanın ilk operatoru oldu. "TeliaSonera"-nın dəstəyi ilə "Azercell" 3G ilə Azərbaycanın gələcək rifahına sərmayə yatırmağı davam etdirməyə hazırdır. "Azercell"-in yeni brendinin mənası Azərbaycanda bizim müasir, yerli, etibarlı və qayğıkeş mobil operator kimi imicimizə dəstək verəcək."
"TeliaSonera Avrasiya"-nın prezidenti cənab Tero Kivisaari qeyd etmişdir: "Azercell"-in Avrasiya regionunda aparıcı mobil operatorlardan ibarət ailəyə mənsubluğunu möhkəmləndirən və "Azercell"-in uğurlar və bazarda yeniliklər tarixində yeni səhifəni açan brendin təqdimatı münasibətilə burada olmağımdan şərəf hissi duyuram. "Azercell" ölkənin və vətəndaşların gələcək rifahına töhfə verərək Azərbaycanda telekommunikasiya infrastrukturu və xidmətlərinin inkişaf etdirilməsində mühüm rol oynayır. İnanıram ki, "Azercell"-in uğurları daim artan əməkdaşlıq və telekommunikasiya sahəsində yüz illik tarixi və təcrübəsi ilə seçilən "TeliaSonera"-nın birmənalı dəstəyi ilə bundan sonra da möhkəmlənəcəkdir. Bu gün təqdim etdiyimiz "Azercell"-in yenilənmiş brendi "Azercell"-in yerli özünəməxsusluğu, "TeliaSonera"-nın beynəlxalq təcrübəsi və eskpert bacarıqlarının təkrarolunmaz birləşməsidir."
38 müştəriyə xidmət və "Azercell Expres" ofisləri, o cümlədən minlərlə satış nöqtəsi bir gecə ərzində öz görünüşünü dəyişib, mayın 15-i səhər öz müştərilərini yeni bənövşəyi dizayn ilə qarşıladı. "Azercell"-in xidmət mərkəzlərinin təkmilləşdirilmiş dizaynı yüksək texnologiyaya əsaslanan yanaşma, işin rahatlığı və dost mühiti üçün daha yaxşı müştəri təcrübəsini bir araya gətirir.
Yeni brendin təqdimatına həsr olunmuş mətbuat konfransının davamı olaraq "Azercell" şirkəti "Daş - bizi qədimdən bu günə qədər daşıyan vasitədir" mövzusunda yazı müsabiqəsinin qaliblərini də elan etdi. Təxminən iki ay davam edən müsabiqədə ümumi hesabla 75 iştirakçı qeydə alınmış və daşın Azərbaycan mədəniyyəti və tarixindəki rolu haqqında 60-dan çox məqalə dərc olunmuşdur. Qaliblər "Azercell"-dən dəyərli hədiyyələrlə təltif olunmuşlar.
Sonra "Azercell" ekspresin yeni ofisinin açılışı oldu.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti "

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında