Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədi ilə təlim proqramı hazırlanmışdır

Noyabrın 17-də Azərbaycan Mətbuat Şurası (MŞ) ilə UNESCO-nun Moskva ofisi arasında imzalanmış müqaviləyə əsasən Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqram (KİBP) çərçivəsində reallaşdırılan "Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədi ilə təlim proqramının hazırlanması" layihəsi üzrə müzakirələr aparılmışdır. 
Şurada keçirilmiş görüşdə MŞ, Azərbaycanın Təhsil Nazirliyi, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun ekspertlərinin dəstəyi ilə hazırlanmış proqramın kifayət qədər dolğun olduğu vurğulanmışdır.
"Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədi ilə təlim proqramının hazırlanması" layihəsi MŞ, UNESCO-nun Moskva ofisi və UNESCO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi tərəfindən 2010-cu ilin sentyabrından cari ilin aprelinədək həyata keçirdiyi "İqlim dəyişikliklərinə dair məsələlərin əhatə olunmasının keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə jurnalistlər üçün təlim" layihəsinin bir növ davamı kimi nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında