Bakı "Ağ şəhər" layihəsi MİPİM-Asiya-2011 sərgisində "Mərkəzi və Qərbi Asiyada gələcəyin ən yaxşı layihəsi" nominasiyası üzrə 3 qalibdən biri olmuşdur

Noyabrın 15-17-də dünyanın maliyyə və ticarət mərkəzlərindən biri olan Honqkonqda MİPİM-Asiya- 2011 beynəlxalq daşınmaz əmlak sərgisi keçirilmişdir.
Honkonqun Sərgi və Konfrans Mərkəzində təşkil edilən sərgiyə 40-dan çox ölkədən dövlət və hökumət rəsmiləri, şəhər və region rəhbərləri, investorlar, nüfuzlu memarlar, tikinti və layihə şirkətlərinin, kommersiya qurumlarının nümayəndələri, ümumilikdə 1800-dən çox iştirakçı qatılmışdır. Hər il Fransanın Kann şəhərində keçirilən MİPİM sərgisinin Asiya variantı olan MİPİM Asiya-2011 forumu çərçivəsində müxtəlif konfranslar, iclaslar, layihə müsabiqələri, ekspert sessiyaları təşkil edilmişdir. Azərbaycanın təqdim etdiyi Bakı "Ağ şəhər" layihəsi "Mərkəzi və Qərbi Asiyada gələcəyin ən yaxşı layihəsi" nominasiyasında 3 qalib layihədən biri olmuşdur. Nüfuzlu ekspertlərdən ibarət olan münsiflər heyəti 100 layihə arasından məhz 3 layihəni seçmişdir. Bu mükafat ölkəmizdə son illər aparılan inkişaf, quruculuq və modernləşmə prosesinə beynəlxalq səviyyədə verilən qiymət idi.
MİPİM və MİPİM Asiyanın direktoru Filippo Rin müxbirimizlə söhbətində demişdir ki, Bakı "Ağ şəhər" layihəsi artıq beynəlxalq ictimaiyyətin, o cümlədən bu sahənin mütəxəssislərinin diqqətini özünə cəlb etməyə başlamışdır. Biz bu ilin martında Kannda keçirilən MİPİM sərgisində də bu marağın bir daha şahidi olmuşduq. Yüksək səviyyəli münsiflər heyəti Bakı "Ağ şəhər" layihəsini bir çox layihənin içərisindən seçmişdir.
Layihənin baş məsləhətçisi olan Böyük Britaniyanın "ATKİNS" şirkətinin layihə direktoru Metyu Trayp bu uğuru Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi kimi səciyyələndirmişdir. Müvəffəqiyyətini yaşadığımız Bakı "Ağ şəhər" layihəsi, eyni zamanda, Azərbaycanda həyata keçirilən modernləşmə işlərinin göstəricisidir.
Xatırladaq ki, Prezident İlham Əliyevin "2006-2010-cu illərdə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı"nın təsdiq olunması ilə bağlı fərmanı çərçivəsində həyata keçirilən "Ağ şəhər" layihəsi hazırda paytaxtımızda görülən quruculuq işlərinin mühüm tərkib hissəsidir. Layihə "Qara şəhər"in yerində "Ağ şəhər" adlı nadir memarlıq ansamblının salınmasını nəzərdə tutur. Layihə dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən ən iri və müasir layihələrdən biridir. "Ağ şəhər" 221 hektarlıq ərazini tutacaq, burada təxminən 50 min sakinin yaşaması, bir o qədər insanın da işləməsi nəzərdə tutulmuşdur. Tikintinin ümumi sahəsi 4,5 milyon kvadratmetr təşkil edəcəkdir. Bakı "Ağ şəhər" mövcud bulvar xəttini daha 1,3 kilometr uzadaraq, onu dünyada ən uzun istirahət məkanına çevirəcəkdir. Ərazidə yaşayış binaları ilə yanaşı, ticarət və iş mərkəzləri, otellər, sosial obyektlər də inşa olunacaqdır.

{nl}

Şahin CƏFƏROV AzərTAc-ın xüsusi müxbiri
Honqkonq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında