Joze MANUEL BARROZU: Avrozonada böhran sistemli xarakter almışdır

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu avrozonadakı böhranın sistemli xarakter aldığını bəyan edib.
"APA-ECONOMICS"in "Reuters"ə istinadən xəbərinə görə, Avropa parlamentinin deputatları qarşısında çıxış edən Barrozu bildirib ki, böhranla mübarizə əlavə və daha ciddi tədbirlərin görülməsini tələb edir: "Mübarizə üçün Avropa iqtisadi birliyini parçalamaq yox, əksinə, daha ciddi, daha sıx iqtisadi inteqrasiya tələb olunur".
Barrozunun fikrincə, avrozona daxilində iqtisadi əlaqələrin dərinləşməsi Avropa Birliyinin hələ də milli valyutadan istifadə edən dövlətlərini çətin vəziyyətə salmamalıdır: "17 üzvü olan avrozona ilə Avropa Birliyinin digər 10 üzvü arasında fərq qoyulmamalıdır".
Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlamışdır. Sonradan böhran İtaliya, İspaniya və Portuqaliyanı da əhatə etmişdir. Avropa İttifaqının "zəif bəndi" sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 350 milyard avro təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir. Aİ-nin son sammitində liderlər Yunanıstanın istiqrazlar üzrə borclarının 50% silinməsini, bankların restrukturizasiyasını və Avropa Maliyyə Sabitliyi Fondunun 2,5 dəfə artırılmasını qərara almışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında