Tələbə aviatorlar "Somaliyə yardım" kampaniyasında böyük fəallıq göstərmişlər

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən təşkil olunan və "Bir manat - bir həyat" devizi altında həyata keçirilən "Somaliyə yardım" kampaniyası başa çatmışdır. 
Milli Aviasiya Akademiyasının ictimaiyyətlə əlaqə xidmətindən AzərTAc-a bildirmişlər ki, akademiyanın kollektivi xeyriyyəçilik tədbirinə ilk qoşulanlardan olmuşdur. Akademiyanın Tələbə Gənclər Təşkilatı aclıq çəkən Somali uşaqlarına humanitar yardım toplamaqda böyük fəallıq göstərmişdir.
Bu məqsədlə akademiyanın tədris korpuslarında şəffaf yardım qutuları qoyulmuş, lazımi izahat işi aparılmışdır. Nəticədə, heç kəs səxavətini əsirgəməmişdir. Bu günlərdə yardım qutuları açılaraq yığılan məbləğ ATGTİ-yə təhvil verilmişdir.
Daha bir tələbə aviator Beynəlxalq Liderlik Məktəbindən uğurla qayıtmışdır. Akademiyanın 2-ci kurs tələbəsi Qismət Abbasov MDB ölkələrindən olan tələbə liderlərin Qəbələ şəhərində təşkil edilmiş məktəb-düşərgəsində respublikamızın 25 təmsilçisi sırasında olmuşdur.
Q.Abbasov Azərbaycanı əcnəbilərə tanıtmaqda yüksək nəticə göstərdiyinə görə məktəb-düşərgənin diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında