ECOSOC-un QHT-lər üzrə bölməsinin rəhbəri Milli QHT Forumunda olmuşdur

Azərbaycanda səfərdə olan BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramov noyabrın 16-da Milli Qeyri-Hökumət Təşkilatları Forumunda (MQF) olmuşdur.
MQF-nin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə forumun sədri Rauf Zeyni qurumun 12 illik fəaliyyəti, əldə edilmiş uğurlar, Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti haqqında qonağa ətraflı məlumat vermişdir.
Görüşdə iştirak edən QHT rəhbəri Umud Rəhimoğlu və başqaları BMT ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi haqqında fikirlərini bildirmişlər.
A.Abramov Banqladeş, Braziliya, Uruqvay və digər dövlətlərdə QHT-lərin təcrübəsi, vətəndaş cəmiyyətinin inkişafından danışmışdır. Azərbaycanın beş QHT-nin ECOSOC-un üzvü olduğunu qeyd edən qonaq bu təmsilçiliyin gələcəkdə genişləndirilməsinin vacibliyini bildirmişdir.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında