"Korporativ və büdcə sektorlarında hesabatlılıq layihəsi" üzrə görülmüş işlər müzakirə edilmişdir

Azərbaycanın maliyyə naziri Samir Şərifov Dünya Bankının "Korporativ və büdcə sektorlarında hesabatlılıq layihəsi" (KBSHL) üzrə Avropa və Mərkəzi Asiya regionundakı Maliyyə İdarəedilməsi şöbəsinin müdiri Ahmadou Moustafa Ndiayenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə layihənin icrasında əldə edilən irəliləyişlər nəzərdən keçirilmiş və 2012-ci ildə planlaşdırılan tədbirlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, layihənin 7 əsas altkomponentinin dördü üzrə satınalmalar prosesi başa çatmışdır. Üç ən iri altkomponent üzrə satınalmalar prosesinin isə bu ilin sonunadək tamamlanması nəzərdə tutulur.
Layihənin icrasında nəzərə çarpan nailiyyətlərin olduğunu qeyd edən nümayəndə heyətinin üzvləri onların davam etdiriləcəyinə əminliklərini bildirmişlər.
Qeyd olunmuşdur ki, layihə çərçivəsində mühasibat uçotu, audit və maliyyə idarəetməsi sahəsində beynəlxalq standartlara uyğun sürətli islahatlar aparılır. O cümlədən, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində vahid sertifikatlaşdırma sistemi və "Dövlət sektorunun qurumları üçün elektron hesabat sistemi" yaradılır.
KBSHL-in məqsədi qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq korporativ və büdcə sektorları üçün maliyyə hesabatlarının tərtibində hesabatlılığın və şəffaflığın gücləndirilməsi, bu cür islahatların davamlılığının təmin edilməsi üçün institusional quruculuğun dəstəklənməsidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında