Türkiyənin Van vilayətində baş vermiş zəlzələdən zərərçəkənlərə növbəti yardım

Qardaş Türkiyənin Van vilayətində bu il oktyabrın 23-də baş vermiş zəlzələ böyük dağıntılar və çoxsaylı insan tələfatı ilə nəticələnmişdir. Türkiyənin kədərini öz kədəri hesab edən Azərbaycan təbii fəlakətdən zərərçəkənlərə yardım göstərən ilk ölkə olmuşdur. 
Oktyabr ayında Naxçıvan Muxtar Respublikasının ərzaq anbarlarından 165 min ABŞ dolları məbləğində 60 tona yaxın müxtəlif çeşidli ərzaq və gündəlik tələbat malları Van vilayətinə yola salınmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində Van zəlzələsində zərərçəkənlərə kömək üçün hesab açılmışdır. Muxtar respublikanın əhalisi, təşkilatlar, özəl qurumlarda çalışanlar tərəfindən zəlzələdə zərərçəkənlərə kömək olaraq Türkiyə Cümhuriyyəti Ziraat bankında açılmış hesaba bu günədək 66 min 695 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür.
Zəlzələdən zərərçəkənlərlə həmrəyliyin davamı kimi, noyabrın 15-də avtomobil karvanı ilə iki 12 metrlik, beş 4 metrlik, on üç 6 metrlik prefabrik-mobil ev və məişət əşyaları Van şəhərinə yola salınmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Yusif Ziya Özcan yolasalma mərasimində iştirak etmişlər.
Muxtar respublikadan Van zəlzələsindən zərərçəkənlərə edilən növbəti kömək Azərbaycan-Türkiyə dostluq və qardaşlığının daha bir ifadəsi kimi dəyərləndirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında