Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Naxçıvan Muxtar Respublikası Ali Məclisində olmuşdur

Noyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Şerin Polini ilə görüşmüşdür.
Xanım Şerin Polini Naxçıvanda ilk dəfə olduğunu qeyd etmiş, Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti barədə məlumat verərək demişdir ki, bu qurum bütün dünyada mühüm layihələr həyata keçirir. Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir.
Ali Məclisin sədri sürətlə inkişaf edən müstəqil Azərbaycanın bu gün dünya birliyində özünəməxsus yeri və rolu olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, beynəlxalq müstəvidə ölkəmizin artan rolu həm də nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıqda özünü göstərir. Nüfuzlu təşkilatlardan biri olan Beynəlxalq Qızıl Xaç Komitəsi ilə qurulan əməkdaşlıq, bu beynəlxalq qurumun Azərbaycanda fəaliyyəti əhəmiyyətlidir.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Xanım Şerin Polini Naxçıvana 3 günlük səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, muxtar respublikanın görməli yerləri ilə tanış olacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında